Sentyabrın 29-da Neftçala rayon Mərkəzi kitabxanasında informasiya-resurs və uşaq şöbələrinin təşkilatçılığı ilə “Sağlam gələcək” adlı disput keçirilib. Tədbirdə Neftçala şəhər 1 və 4 saylı orta məktəblərin şagirdləri iştirak ediblər.
Əvvəlcə uşaq şöbəsinin müdiri G.Abdulhüseynova tədbiri açaraq gənc nəslin sağlam həyatlarını necə və hansı yolla seçə biləcəkləri haqqında öz fikirlərini bölüşüb, dövrün qlobal problemlərindən olan narkomaniyaya aludəçiliklə mübarizə haqqında danışıb. Uşaq şöbəsinin işçisi Y.Qafarovanın mövzu ətrafında məruzəsi dinlənilib. İnformasiya-resurs şöbəsinin hazırladığı video-slayd təqdim olunub. Sonda Mərkəzi kitabxananın müdiri E.Kazımova iştirakçılara təşəkkürünü bildirib.