Oktyabrın 5-də Lerik rayon MKS-də Xalq şairi, ictimai xadim Bəxtiyar Vahabzadənin (1925-2009) 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Eyzəngül İsayeva Xalq şairinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirilib ki, xalqımızın keşməkeşli tarixinin, azadlıq duyğularının ifadəsinə geniş yer verən Bəxtiyar Vahabzadə istiqlal şairi kimi şöhrət qazanıb.
Oktyabrın 6-da isə MKS-nin əməkdaşları tərəfindən professional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr edilmiş tədbir təşkil edilib. Tədbirdə bəstəkarın həyat və yaradıcılığına geniş şəkildə nəzər salınıb, Azərbaycanın musiqi mədəniyyətinə verdiyi mühüm töhfələrdən söz açılıb.