Hacıqabul Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Folklor klubunda “25 ilin işığında” adlı ədəbi-bədii gecə keçirilib. Tədbir Hacıqabulun yenidən rayon statusu almasının 25 illiyinə həsr olunub.
Mərasimi açan Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elnur Əmiraslanov mədəniyyət sahəsinə göstərilən dövlət qayğısından söz açıb, bir neçə mədəniyyət işçisinə fəxri fərman və hədiyyələr təqdim edib.
Tədbirin sonunda Mədəniyyət mərkəzinin “Nur” instrumental ansamblının ifasında təqdim olunan konsert proqramı alqışlarla qarşılanıb.
Elmira İbrahimova,
Hacıqabul rayon Mərkəzi kitabxanasının şöbə müdiri