Neftçala rayon Mərkəzi kitabxanasının xidmət şöbəsinin təşkilatçılığı ilə 2 saylı orta məktəbdə “Narkomaniyaya yox deyək!” adlı məlumat günü keçirilib. Kitabxananın əməkdaşı R.Xankişiyeva narkotik vasitələr və psixotrop maddələrin törətdiyi fəsadlar haqqında ətraflı məlumat verib, bununla bağlı videoçarx nümayiş etdirilib. Müəllimlərdən X.Əzizova, M.Əzizbəyli və S.Abuzərov çıxış edərək belə tədbirlərin gənc nəslin tərbiyəsində böyük rol oynadığını bildiriblər.