Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şəhər (rayon) mədəniyyət mərkəzlərinin fəaliyyətinin təşkili, bu sahədə islahatların operativ və səmərəli təşkili məqsədilə səyyar regional seminarlar davam edir.
Oktyabrın 10-da Bərdə Rayon Mərkəzi Uşaq Kitabxanasında Zərdab, Ucar, Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, Laçın rayonlarının, 13 oktyabr tarixində İsmayıllı Rayon Mədəniyyət Mərkəzində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı rayonlarının mədəniyyət mərkəzlərinin direktorları və metodistləri, o cümlədən aparıcı filialların (mədəniyyət, folklor, sənətkarlıq və s. evləri və klublar) rəhbərləri üçün səyyar seminarlar təşkil edilib.
Nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli və sektorun aparıcı məsləhətçisi Vüqar Məmmədov tərəfindən keçirilmiş seminarda iştirakçılara Şəhər (rayon) mədəniyyət mərkəzlərinin nümunəvi Əsasnaməsinin tətbiqi və islahatlara dair digər mövzular barədə ətraflı məlumat verilib, onları maraqlandıran məsələlər izah edilib, suallar cavablandırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar