Oktyabrın 7-də Neftçala rayon Mərkəzi kitabxanasının uşaq və informasiya-resurs şöbələrinin təşkilatçılığı ilə V.Sultanov adına Kürkənd orta məktəbində “Dədə Qorqud” dastanına həsr olunmuş tədbir keçirilib. “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Prezident sərəncamına əsasən təşkil olunan tədbirdə uşaq şöbəsinin kitabxanaçısı Y.Qafarova, məktəbin direktor müavini R.Sadıqov, ədəbiyyat müəllimi R.Dadaşov çıxış ediblər. İnformasiya-resurs şöbəsinin mövzu ilə bağlı video-slaydına və sərgiyə baxış keçirilib.