Füzuli Dövlət Dram Teatrı Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" əsərini rayon Polis Şöbəsi işçilərinə təqdim edib. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Əsas rollarda Vaqif Rəhimov, Asif Şirinov, Əsmər İbrahimova, Elçin Məmmədov, Nicat Süleymanzadə, Fatimə Səfərəliyeva, Elşən Gözəlov, Sehran Xanlarov və başqaları çıxış edib. Tamaşa maraqla qarşılanıb.