Oktyabrın 14-də Qazax rayon Mərkəzi kitabxanası Mədəniyyət mərkəzinin kiçik akt zalında general Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş “Azərbaycanın ilk hərbi naziri” adlı dəyirmi masa keçirib. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev tədbiri açaraq Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun milli ordu quruculuğunda, peşəkar zabitlərin yetişdirilməsində rolundan danışıb.
Şəhər multimedia-kitabxana filialının mütəxəssisi Rufina Namazova generalın ədalətli və cəsur komandan keyfiyyətlərindən söz açıb, onun “Nə xoşbəxt insanam ki, ixtiyar yaşımda millətimin ordusunu yaratmaq mənə nəsib oldu” fikri xatırladılıb.
MKS-nin direktoru Solmaz Babanlı S.Mehmandarovun tam artilleriya generalı rütbəsi almış ilk azərbaycanlı olduğunu, vətənin müdafiəsi naminə qısa bir zamanda güclü bir nizami ordu yaratdığını qeyd edib.
Tədbirin sonunda görkəmli hərbi xadimə həsr olunmuş “Sərdar” sənədli filmi nümayiş olunub, “Azərbaycanın ilk hərbi naziri” adlı sərgiyə baxış keçirilib.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar