Oktyabrın 16-da Qazax rayon Mərkəzi kitabxanasının uşaq şöbəsinin “Nağıl otağı”nda “Şəhidlik zirvəsi” adlı şeir müsabiqəsi keçirilib.
MKS-nin direktoru Solmaz Babanlı bildirib ki, belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır, onlarda vətənə sevgi, Azərbaycanın tarixi və ədəbiyyatına marağı inkişaf etdirir. Məktəblilər və 2 saylı uşaq bağçasının fidanları şəhidlərə, qəhrəmanlara həsr edilmiş şeirlər söyləyiblər. Fərqlənənlər hədiyyələrlə mükafatlandırılıblar.