Oktyabrın 16-da Neftçala rayon Mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə Muğan Liseyində “Səməd bəy Mehmandarov - 160” adlı tədbir keçirilib. Şöbənin işçisi Y.Qafarova görkəmli hərbi xadimin həyat və fəaliyyəti haqqında məruzə edib.
Oktyabrın 19-da rayon Mərkəzi kitabxanasının xidmət şöbəsində yazıçı Süleyman Sani Axundovun 140 illiyi ilə əlaqədar biblioqrafik icmal keçirilib. Kitabxanaçı G.Quliyeva yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd olunub ki, S.S.Axundov XX əsr uşaq ədəbiyyatının inkişafına böyük töhfələr verib. Sonda yubileylə əlaqədar təşkil edilmiş sərgiyə baxış olub.