Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində şair, yazıçı, tarixçi, miniatürçü rəssam Xanlar Mustafayevin əl işlərindən və kitablarından ibarət sərgi təşkil olunub. Müxtəlif məmulatlardan hazırlanan fərqli mövzularda olan sənət əsərləri muzeyin ekspozisiyasını daha da zənginləşdirib. Müəllifin tarixi mövzudakı əsərləri qədim tariximizin öyrənilməsi baxımından əhəmiyyətli mənbədir.