Oktyabrın 26-da Quba rayon MKS-nin Mərkəzi kitabxanasının uşaq şöbəsində “Nağıl saatı” keçirilib. Tədbirdə Quba şəhər 2 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları iştirak edib. Uşaq şöbəsinin oxu zalının müdiri Rima Seyfullayeva “Balacalara töhfə”, “Ağ xoruzun hekayəti”, “Sehrli nağıllar” kitabından nağıllar oxuyub. Gülzar nənənin “Sehrli dünya” jurnalı da balaca fidanlar tərəfindən maraqla qarşılanıb.
Uşaqlar nağıl otağında təşkil olunmuş “Bacarıqlı əllər” sərgisi ilə də tanış olublar, şeirlər söyləyib, rəqs ediblər. Sonda onlara hədiyyələr təqdim olunub.