Qusarın Əniq kənd sakini Leyla Qayıbova qeyri-adi bacarığı sayəsində hazırladığı əl işləri ilə çoxlarının marağına səbəb olub. 22 yaşlı gənc gips və kiçikölçülü muncuqlardan istifadə etməklə, dekorativ tətbiqi sənət nümunələri yaradır. Onun ən diqqətçəkən əl işləri müxtəlif fəsilləri özündə əks etdirən ağac fiqurlarıdır.
İndiyədək 50-dən artıq tətbiqi sənət nümunəsi düzəldən Leyla Qayıbova hər işin hazırlanmasına təxminən 5-10 gün vaxt sərf edir. Mürəkkəb quruluşlu dekorativ sənət nümunələri daha çox vaxt aparır. İstedadlı gəncin dekorativ-tətbiqi sənət nümunələri Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan sərgidə nümayiş etdirilir.