İyunun 30-da London Dizayn Muzeyinin 2014-cü il üzrə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Bakının müasir simvollarından olan Heydər Əliyev Mərkəzi arxitektura sahəsində qalib elan olunub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadid mərasimdə çıxış edərək bu memarlıq nümunəsinin layihəsinin reallaşmasında göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya mükafatlandırılma mərasimində iştirakına görə minnətdarlığını çatdıran Zaha Hadid bu gün Heydər Əliyev Mərkəzinin həm layihəsi, həm də fəaliyyəti ilə fərqləndiyini xüsusi vurğulayıb.
London Dizayn Muzeyi 2014-cü ildə 7 nominasiya üzrə qalibləri müəyyən edib. Müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarına əsasən, arxitektura üzrə 2014-cü ilin qalibi Bakıdakı Heydər Əliyev Mərkəzinin binası seçilib. Dizayn Muzeyi tərəfindən yeddinci dəfə təqdim olunan mükafatda bu il bəzi ilklərə də imza atılıb. London Dizayn Muzeyi arxitektura sahəsində ilk dəfə nominasiya elan edib və bu mükafata ilk dəfə qadın namizəd sahib olub.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin inşası 2007-ci ildə başlanıb, bina 2012-ci il mayın 10-da istifadəyə verilib. Heydər Əliyev Mərkəzinin binası dünya memarlığının incilərindən sayılır. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar