Füzuli Dövlət Dram Teatrının kollektivi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər” əsərinin tamaşasını 2 saylı Zobucuq qəsəbəsinin sakinlərinə təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rollarda Vaqif Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova, Habil Hacıyev, Əli Hüseynov, Əsmər İbrahimova, Elçin Məmmədov, Qaçaq Qarayev, Nicat Süleymanzadə, Aygün Cəfərova, Sehran Xanlarov və başqaları çıxış edib.
Tamaşanın sonunda çıxış edən qəsəbə icra nümayəndəsi Firidun Hacıyev maraqlı səhnə əsərinə görə teatrın kollektivinə minnətdarlığını bildirib.