Noyabrın 4-də Qazax rayon Mərkəzi kitabxanasının oxu zalında “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq və ailə” mövzusunda tədbir keçirilib.
MKS-nin direktoru Solmaz Babanlı qeyd edib ki, Uşaq Hüquqları Konvensiyası 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib. Prezident İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan olunması Azərbaycanda uşaqların inkişafı naminə və uşaq hüquqlarının təmin olunması istiqamətində yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Uşaq hüquqlarının təbliği, təmini və müdafiəsini daha da artırmaq məqsədilə Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr tarixlərində respublikamızda "Uşaq hüquqları aylığı" keçirilir.
MKS-nin direktor müavini Münəvvər Süleymanlının mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzə ətrafında çıxışlar olub.
Sonda “Hüquqlarınızı bilirsinizmi?” başlıqlı kitab sərgisinə baxış keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar