Oktyabrın 30-da Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
“Dədə Qorqud və türk dünyası” adlı tədbiri Oxuculara xidmət şöbəsinin müdiri Mehriban Məmmədova açaraq böyük söz abidəmiz olan dastanın dünya elminə tanıdılmasının 200 illiyi ilə bağlı ölkə başçısının sərəncam imzaladığını diqqətə çatdırıb. Eposun zəngin tariximizin, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimizin ifadəsi olduğunu qeyd edib.
Digər çıxış edənlər dastanın ideyasından söz açaraq onun ata-anaya hörmət, ailəyə, torpağa, vətənə sədaqət keyfiyyətlərini əks etdirdiyini bildiriblər.
Sonda “Kitabi-Dədə Qorqud - 200” adlı sərgiyə baxış keçirilib.