Oktyabrın 31-də Quba Uşaq Musiqi Məktəbində görkəmli hərbi xadim, general Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Məktəbin direktoru İlqar Məmmədov bildirib ki, Cəmşid Naxçıvanski kimi şəxsiyyətlərin həyatı Azərbaycan gəncliyi üçün örnəkdir. Məktəbin xanəndə müəllimi Coşqun Beydullayev Cəmşid Naxçıvanskinin keçdiyi həyat yolundan və tarixi xidmətlərindən bəhs edib.
Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib. İfaçıların təqdim etdiyi vətənpərvərlik mövzusunda mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.