Şamaxı rayon Mərkəzi kitabxanasında Dövlət Rəsm Qalereyası ilə birgə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız milli varlığımızdır” adlı dəyirmi masa keçirilib. MKS-nin direktoru Ərəsdun Xələfov Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə yolundan danışıb, ölkəmizin ərazisində tarixən mövcud olmuş dövlətlərin bayraqları haqqında məlumat verib.
Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Rəfail Tağızadə üçrəngli bayrağımızın tarixindən danışıb. Heydər Əliyev Mərkəzinin direktoru Dilşad Əhmədlinin, Rəsm Qalereyasının direktoru Sədaqət Xələfovanın da çıxışları dinlənilib.
Tədbirdə məktəblilər bayrağımıza həsr olunmuş şeirlər söyləyiblər. Sonda Dövlət Bayrağı Gününə həsr olunmuş sərgiyə baxış olub.
* * *
Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxanasında “Dalğalan, bayrağımız” mövzusunda tədbir keçirilib. Tədbiri MKS-nin direktoru Etibarə Babayeva açaraq əlamətdar gün münasibətilə qonaqları təbrik edib. Mingəçevir Şəhər İcra Hakimiyyəti Humanitar şöbəsinin baş məsləhətçisi Tofiq Əsgərov çıxış edərək dövlət bayrağının tarixindən söz açıb. Tədbirdə bayrağımıza aid şeirlər söylənilib, mahnılar səsləndirilib.
* * *
Zərdab rayonundakı Heydər Əliyev Mərkəzində "Xalqımızın milli mövcudluq rəmzi" adlı tədbir təşkil olunub. Mərkəzin əməkdaşları Xanım İmanova, Gülxar Əsədova və rayon 1 saylı orta məktəbin müəlliməsi Sara Sultanovanın çıxışları dinlənilib. 1 saylı orta məktəbin 2A sinif şagirdlərinin hazırladığı kompozisiya nümayiş etdirilib. 3 saylı orta məktəbin 8-ci sinif şagirdlərinin ifasında şeirlər səsləndirilib.
Həmin gün rayon MKS-nin Mərkəzi kitabxanasında da Dövlət Bayrağı Günü münasibətilə ədəbi-bədii kompozisiya təşkil olunub. MKS-nin baş biblioqrafı Bahar Fətəliyeva, Mərkəzi kitabxananın əməkdaşları Gülzar Qasımova, Aysel Adilqızı, Leyla İsgəndərli və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Sonda tədbir iştirakçıları “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir” adlı sərgi və Mərkəzi kitabxananın rəssamı Esmira Mirzəyevanın bayrağa həsr olunmuş əl işləri ilə tanış olublar.