Noyabrın 7-də Göyçayda keçirilən ənənəvi Nar bayramı yenə rəngli görüntülərlə yadda qalıb. Bu il 10-cu dəfə təşkil olunan bayramda rayonda yetişdirilən 60-dan çox növ narın hər birindən nümunələr, nardan hazırlanan məhsullar, eləcə də qeyri-adi əl işləri nümayiş etdirilib.
Bayram tədbirində nar dənələrindən hazırlanan Azərbaycan xəritəsi, üçrəngli bayraq, ay və səkkizguşəli ulduzun simvolik təsviri və digər kompozisiyalar iştirakçıların daha çox marağına səbəb olub.