Noyabrın 6-da Tərtər rayon MKS-nin Mərkəzi kitabxanasında vətənpərvərlik ədəbiyyatının təbliği məqsədilə yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” əsərinin müzakirəsi keçirilib. Tədbirdə yurd-yuvalarından didərgin düşmüş qaçqın, məcburi köçkün ailələri və məktəblilər iştirak ediblər.
Metodika və biblioqrafiya şöbəsinin müdiri Ətrabə Süleymanova, Mərkəzi kitabxananın işçisi Şəfiqə İbrahimova çıxış ediblər. Bildirilib ki, müəllifin Xocalı faciəsinin 10-cu ildönümü münasibətilə qələmə aldığı əsər vətənpərvərlik ədəbiyyatının gözəl nümunələrindəndir.
Məktəblilər vətənə, xalqa həsr olunmuş şeirlər söyləyiblər.