Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” (20 oktyabr - 20 noyabr) çərçivəsində “İşıqlı və xoşbəxt həyat naminə” devizi altında istedadlı uşaqların əl işlərindən ibarət sərginin təqdimatı keçirilib. Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Şöbəsi ilə birgə təşkil olunan tədbirdə müxtəlif məktəblərdə təhsil alan, Heydər Əliyev Mərkəzinin rəsm studiyasında çalışan istedadlı uşaqların rəsm əsərləri nümayiş etdirilib.
* * *
Noyabrın 11-də Ağcabədi şəhər 2 saylı ümumorta məktəbində "Uşaq hüquqları" başlığı altında sərgi təşkil edilib. MKS-nin direktor müavini Təranə Məmmədova tədbiri açaraq bildirib ki, Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın 2 əlavə protokoluna qoşulub. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir. Tədbirin sonunda informasiya-resurs şöbəsinin hazırladığı “Uşaq hüquqları” adlı vəsait uşaqlara hədiyyə edilib.