Kürdəmir rayon MKS-nin uşaq şöbəsində "Nağıl saatı" keçirilib. Tofiq İsmayılov adına 1 saylı şəhər orta məktəbinin 1-ci sinif şagirdləri “Nağıl otağı”nın qonağı olublar.
"Danışan evlər" adlı qısa film balaca qonaqlar tərəfindən maraqla qarşılanıb. Uşaq kitabxanasının multimedia mütəxəssisi İlhamə Hüseynova nağıl qəhrəmanları, uşaqlar üçün jurnallar və disklər haqqında məlumat verib. Kitabxanaçı Nərgiz İsayeva isə uşaqlara "Ağ xoruzun hekayəti" nağılını danışıb. Sonda danışılan nağıl və təqdim olunan videomaterial uşaqlar arasında müzakirə edilib.