Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Məhsəti Gəncəvi adına filialı və səyyar şöbəsi Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə “Kitab sənin silahdaşın, sədaqətli yol yoldaşın” başlıqlı kitab sərgisi təşkil edib.
Sərgidə müxtəlif mövzulu uşaq kitabları, nağıllar, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərləri nümayiş olunub. Kitabxanaçılar uşaqları sərgidə nümayiş etdirilən kitablarla tanış ediblər.