Bugünlərdə 60 yaşı tamam olan Oğuz rayon Mədəniyyət Mərkəzinin direktoru, xalq teatrının aktrisası Şərqiyyə Mikayılova ömrünün 40 ilini mədəniyyətə, səhnə fəaliyyətinə həsr edib.
O, erkən yaşlarından sənətə maraq göstərib, orta məktəbi bitirəndən sonra Bakıda Mədəni-Maarif Texnikumunun teatr şöbəsinə qəbul olunub. Texnikumu əla qiymətlərlə başa vurub. Sonra ali təhsil almaq üçün Azərbaycan İncəsənət İnstitutuna daxil olur. Qiyabi təhsil almaqla yanaşı, doğma Baş Daşağıl kəndində klub müdiri işləyir. Ali təhsil aldıqdan sonra rayon mədəniyyət evində müğənni kimi fəaliyyətə başlayır. Burada bədii rəhbər, rayon xalq teatrının rejissoru, mədəniyyət evinin direktoru vəzifələrində işləyib. Onu el-obasına ən çox sevdirən zəhmətsevərliyi, səhnə fəaliyyəti olub. Mədəniyyət evi bədii özfəaliyyət kollektivi ilə birlikdə Oğuzda, respublikanın rayonlarında və Bakıda çıxışları maraqla qarşılanıb.
Şərqiyyə Mikayılova Oğuz səhnəsində bir çox yaddaqalan obrazlar yaradıb. 1979-cu ildə C.Cabbarlının “Solğun çiçəklər” tamaşasında oynadığı Pəri roluna görə Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılıq Evi tərəfindən “Ən yaxşı qadın obrazı ifaçılığına görə” fəxri fərmanla təltif olunub. Ötən illərdə müxtəlif telekanallarda çıxışlar edib. Onunla birgə çalışan gənclərə öz səhnə təcrübəsini həvəslə öyrədir.
Bugünlərdə Şərqiyyə Mikayılova Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yubileyi münasibətilə fəxri fərmanla mükafatlandırılıb. Biz də onu təbrik edir, möhkəm cansağlığı, bol tamaşaçı alqışları, sevinc dolu həyat arzulayırıq.

Mehparə Bəkirova,
Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin mətbuat katibi








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar