Noyabrın 13-də Şəkidəki Heydər Əliyev Mərkəzində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı elmi-nəzəri konfrans keçirilib.
MKS-nin direktoru Seyid Vahabov ulu öndərin mədəniyyətə diqqət və qayğısından söz açıb. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə mədəniyyətin müxtəlif sahələrinin inkişafı, milli-mənəvi dəyərlərimizin, tarixi irsimizin qorunub yaşadılması ilə bağlı tarixi xidmətlər göstərib. “Kitabi-Dədə Qorqud” eposunun, Füzuli, Nəsimi kimi dahi söz ustadlarımızın dünya miqyasında yubileylərinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, görkəmli mədəniyyət, ədəbiyyat xadimlərinin xatirəsinin əbədiləşdirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra kitabxana işçiləri mövzu ilə bağlı çıxış ediblər. Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar