Neftçala rayon MKS-nin Xolqarabucaq və Xolqaraqaşlı kənd kitabxanaları "Şeir kəndidir bizim kəndimiz" adlı şeir müsabiqəsi təşkil ediblər. 20-dən çox məktəblinin qatıldığı müsabiqədə fərqlənən Razzaq Sərhədov, Nəzrin İbadova, Əziz Əkbərov diplomla təltif olunublar. MKS-nin direktoru E.Kazımova və direktor müavini G.Qasımova müsabiqə iştirakçılarına ürək sözlərini çatdırıblar.
Neftçala rayon MKS-nin 1 və 2 saylı Bankə qəsəbə kitabxanaları isə qəsəbə mədəniyyət evində "Mən fırçamla görürəm" adlı sərgi təşkil edib. Sərgidə rəsm, parça üzərində toxumalar, taxta üzərində oymalar nümayiş olunub. Rəsm müsabiqəsində fərqlənən Aysel Abdullayeva, Məsum Nağızadə, Kamran Əsədov, Aysel Fərzəliyeva diplomla təltif olunublar.