Noyabrın 18-də Yevlax şəhərində, YAP yerli təşkilatının binasında “Milli Qəhrəmanların təbliğində media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda dəyirmi masa keçirilib. Tədbir “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsi çərçivəsində gerçəkləşib.
Tədbiri YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq layihənin önəminə diqqət çəkib, bu mövzuda tədbirlərin vətənpərvərlik təbliğatına ictimai dəstək baxımından əhəmiyyətini vurğulayıb.
«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov layihə barədə məlumat verib. Bildirib ki, 2015-ci ilin əvvəlindən həyata keçirilən layihə çərçivəsində indiyədək bir neçə dəyirmi masa təşkil olunub. Eyni zamanda hər ay jurnalist Milli Qəhrəmanlardan birinin həyat və fəaliyyətinə, keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş geniş məqalələr hazırlanıb. Vətənpərvərlik təbliğatında media başlıca vasitədir. Amma medianın fəaliyyəti təbliğatın tələblərinə adekvatdırmı? Bu kimi məsələləri müzakirə etmək gərəkdir.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, Yevlax Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, kapitan Rövşən Məmmədov, Yevlax şəhər 5 saylı orta məktəbin direktor müavini Elman Əlibəyli və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər. Milli Qəhrəmanların, ümumilikdə hərbi vətənpərvərliyin təbliğində medianın, xüsusən də telekanalların üzərinə böyük vəzifə düşdüyü diqqətə çatdırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar