Noyabrın 17-də Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında görkəmli yazıçı Süleyman Sani Axundovun “Qorxulu nağıllar” silsiləsindən nağıl saatı keçirilib.
Tədbirdə yazıçının yaradıcılığına nəzər salınıb, onun Azərbaycan uşaq ədəbiyyatının inkişafında rolundan danışılıb. Gəncə şəhər 23 saylı orta məkdəbin şagirdləri Süleyman Sani Axundovun “Qaraca qız”, “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin” nağıllarını söyləyiblər.