19-20 noyabr tarixində Ağdaş rayonunda Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Zərdab rayon uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə zona müşavirəsi keçirilib.
Müşavirədən əvvəl iştirakçılara Ağdaş rayon Habil Əliyev adına uşaq musiqi məktəbi şagirdlərinin konsert proqramı təqdim edilib.
Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarları, habelə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar, nümunəvi əsasnamə, tədris planları və proqramlarının tələb və müddəaları ilə bağlı zəruri məlumat və izahatlar verilib, fikir mübadiləsi aparılıb.
Müşavirədə iştirak edən məktəblərin bir sıra sənədlərində aşkar edilmiş nöqsanlar məktəb rəhbərlərinin diqqətinə çatdırılıb, müvafiq tövsiyələr verilib. Eyni zamanda tədris işinin təşkili, əmək və maliyyə intizamı, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, hazırda qüvvədə olan pedaqoji kadrların işə qəbul qaydaları ilə bağlı suallar cavablandırılıb. Bununla yanaşı direktorların attestasiyasının keçirilməsi, məktəblərin bina və sinif otaqlarının tərtibatının yaxşılaşdırılması, dərs prosesinin ciddi nəzarətə götürülməsi, tədris və kargüzarlıq işlərinin təşkili məsələlərində müsbət dönüşün yaradılması diqqətə çatdırılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar