Noyabrın 19-da Balakən rayon Heydər Əliyev Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə yaradılmış “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun növbəti səyyar iclası keçirilib.
Mərkəzin direktoru Leyla Qarayeva tədbiri açaraq qrupun yaradılmasında dəstəyi olan hər kəsə minnətdarlığını bildirib. Balakən rayon MKS-nin şöbə müdiri Səmra Rüstəmova bu təşəbbüsün rayonun gənc mədəniyyət işçiləri tərəfindən maraqla qarşılandığını deyib.
Elmi-Metodik Mərkəzin əməkdaşları Fərhad Abdulov, Pərvanə Hüseynova, Nadir Məmmədov qrupun yaradılması, məqsədi barədə danışıblar, qrupun gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Rayonun gənc mədəniyyət işçiləri çalışdıqları mədəniyyət müəssisəsinin səmərəliliyinin artırılmasına dair təkliflərini səsləndiriblər. Yazıçı və şairlərlə görüşlərin təşkili, kitablarla bağlı müxtəlif müsabiqələrin keçirilməsi, rayonda xalq teatrının yaradılması, turizmin inkişafına töhfə verəcək mədəni xidmətlərin təşkili və s. təkliflər dinlənilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin mərkəzin saytlarının və sosial şəbəkələrdə yaradılmış səhifələrinin təqdimatı keçirilib, iştirakçılara mərkəz tərəfindən hazırlanmış metodiki vəsaitlər təqdim olunub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar