Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evində rəsm dərnəyi üzvlərinin sərgisi keçirilib. Şəhər Mədəniyyət və Turizm İdarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası və Mədəniyyət evinin təşkilatçılığı ilə gerçəkləşən sərgidə 70-ə yaxın əl işi nümayiş olunub.
Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov balaca rəssamları salamlayaraq onları sərgi münasibətilə təbrik edib. Bildirib ki, bu cür tədbirlər uşaqların təfəkkürünə, onların dünyagörüşünün formalaşmasına, mənəvi dünyasının zənginləşməsinə mühüm təsir göstərir.
Sonda sərgiyə baxış olub. Tədbirdə həmçinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin "Azərbaycancılıq və milli şüur ideyası" adlı rəsm müsabiqəsində qalib olan dərnək üzvlərinə diplomlar, dərnəyin rəhbəri Orxan Əhmədova isə fəxri fərman təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar