Xocalı Rayon Mədəniyyət və Turizm Şöbəsində mədəniyyət müəssisələri işçilərinin seminar-müşavirəsi keçirilib. Şöbə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərir.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşlarının iştirakı ilə 13-14 oktyabr tarixində keçirilmiş mədəniyyət müəssisələrində işlərin təşkili və kargüzarlığın aparılmasına dair görüşün nəticələri müzakirə olunub.
Şöbənin müdiri Göyüş Həsənov, məsləhətçi Ruslan Bəşirov, MKS-nin direktor əvəzi Bəhram Məmmədov və rayon Mədəniyyət evinin direktoru Orxan Vahidoğlu nazirliyin əməkdaşları tərəfindən aşkar edilən nöqsanların aradan qaldırılması üçün verilən tapşırıq və tövsiyələri müşavirə iştirakçılarının diqqətinə çatdırıblar.