Ölkə başçısının müvafiq sərəncamları ilə musiqi sahəsində xüsusi istedadı olan onlarla uşaq və gəncin adı gənc istedadların “Qızıl kitabı”na yazılıb və onlar Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüblər. Onların respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mütəmadi olaraq bölgələrdə konsertlər keçirilir.
Belə konsertlərdən biri noyabrın 23-də Şirvan şəhər Mədəniyyət evində təşkil olunub. Konsertdə Atabala Manafzadə və Nəriman Əmiraslanov (fortepiano), Cahandar Xanlarov və Mədinə Şahgəldiyeva (kamança), Şəms Ağazadə və Aytən İbrahimova (violin), Mustafa Aşurov (tar), Pərvaz İbrahimli (xanəndə), Aygül Həsənova (kanon) çıxış edib. Konsertdə xalq musiqisi incilərimiz, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar