Noyabrın 24-də Tərtər rayon Mərkəzi kitabxanasında general Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş “Cümhuriyyətin hərbi naziri” adlı dəyirmi masa keçirilib. MKS-nin direktoru Ulduzə Qurbanova Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun milli ordu quruculuğunda, peşəkar zabitlərin yetişdirilməsində rolundan danışıb.
Mərkəzi kitabxananın müdiri Şəlalə Əliyeva metodika və biblioqrafiya şöbəsinin müdiri Ətrabə Süleymanova S.Mehmandarovun artilleriya generalı rütbəsi almış ilk azərbaycanlı olduğunu qeyd edib, onun ədalətli və cəsur komandir keyfiyyətlərindən söz açıblar.
Tədbirdə “General Səməd bəy Mehmandarov - 160” başlıqlı sərgiyə baxış keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar