İsmayıllı rayonunda "Mədəniyyət mərkəzlərində mövcud kompüter bilikləri və onların texniki bazasının vəziyyətinin araşdırılması" mövzusunda tədbir keçirilib.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov tədbiri açaraq Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin monitorinq təşəbbüsünü yüksək qiymətləndirib, rayonda mövcud olan mədəniyyət müəssisələri haqqında məlumat verib, kompüter təchizatı və onların tətbiqi səviyyəsindən danışıb.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin və Elmi-Metodik Mərkəzin saytlarının, mərkəzin və “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun sosial şəbəkələrdə yaradılmış səhifələrinin təqdimatı olub.