Noyabrın 20-də Zərdab rayon Mərkəzi kitabxanasında "Uşaq hüquqlarının təbliği" mövzusunda dəyirmi masa keçirilib. Tədbir “Uşaq hüquqları aylığı” (20 oktyabr - 20 noyabr) çərçivəsində təşkil olunub.
MKS-nin direktoru Nailə Əliyeva uşaq hüquqları haqqında məlumat verib. Uşaq şöbəsinin müdiri Aysel Adilqızı “Uşaqlar bizim gələcəyimizdir”, şöbənin baş kitabxanaçısı Məlahət Cavadova “20 noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günüdür”, oxu zalının müdiri Leyla İsgəndərli “Uşaq hüquqları konvensiyası” mövzusunda məruzələrlə çıxış ediblər. Sonda “Hüquqlarımızı bilək və qoruyaq” başlıqlı sərgiyə baxış olub.