Şirvan şəhər Mərkəzi kitabxanasında tanınmış şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Məmməd Aslanın (1939-2015) 75 illiyi ilə əlaqədar “Yaşamağa çəm tapmışam sözümdə” adlı ədəbi-bədii gecə keçirilib.
Çıxışlarda Məmməd Aslanın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən söz açılıb. Qeyd olunub ki, şair sözü uca tutan, dəyər verməyi bacaran ziyalılardan idi. Tədbirdə 16 və 18 saylı tam orta məktəblərin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. “Məmməd Aslan - 75” başlıqlı kitab sərgisinə baxış olub.