Qazax rayon Mərkəzi kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Gültəkin Əsgərovanın anadan olmasının 55 illiyinə həsr edilmiş “Qeyrət rəmzi” adlı anım tədbiri keçirilib.
“Milli Qəhrəmanlar zirvəsi” silsiləsindən olan tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı açaraq müstəqilliyimiz uğrunda şəhid olanların, qanlı döyüşlərdə misilsiz qəhrəmanlıq göstərənlərin həyat yollarının hər kəs üçün örnək olduğunu bildirib. Mərkəzi kitabxananın multimedia resursları üzrə mütəxəssisi Samirə Mansurovanın Gültəkin Əsgərovanın həyatı və döyüş yolu haqqında məruzəsi dinlənilib. Sonda Milli Qəhrəmana həsr edilmiş videoçarx nümayiş etdirilib.