Şəki şəhər İ.S.Nakam adına Mərkəzi kitabxanada Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovun “XX əsr Şəki ədəbi-mədəni mühiti” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri MKS-nin direktoru Seyid Vahabov açaraq tədqiqatçı haqqında məlumat verib. Bildirib ki, Kamil Adışirinov 1960-cı ildə Şəkinin Oxud kəndində ziyalı ailəsində dünyaya göz açıb. Bakı Dövlət Universitetini bitirib. XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Şəkidə yaşayıb-yaratmış İsmayıl bəy Nakamın həyat və yaradıcılığına həsr olunmuş dissertasiya müdafiə edib. Alim beş kitab və 30 elmi məqalənin müəllifidir. Çıxışlarda nəşrin XX əsrdə Şəkidə ədəbi-mədəni mühitini öyrənmək istəyənlər üçün əhəmiyyətli mənbə olduğu bildirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar