Qazax rayon MKS-nin direktoru Solmaz Babanlı kitabxana-informasiya sahəsində səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə mükafatlandırılıb. Solmaz Babanlı 1976-cı ildə BDU-nun kitabxanaçılıq fakültəsini bitirib. Həmin ildən Qazax Rayon Mədəniyyət Şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
Dekabrın 2-də Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Mərkəzi kitabxanada tədbir keçirilib. Şöbənin müdiri Valeh Vəliyev yubileyi münasibətilə Solmaz Babanlıya təbriklərini çatdırıb. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov qurumun fəxri fərmanını və hədiyyəsini yubilyara təqdim edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar