Azərbaycan nümayəndə heyəti 65-ci Dubrovnik yay festivalının açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada keçirilən 65-ci Dubrovnik yay festivalında və “Xorvatiya Forumu”nda iştirak etmək məqsədilə bu ölkəyə səfərə gedib.
İyulun 9-da Əbülfəs Qarayev ilə Xorvatiyanın turizm naziri Darko Lorencin arasında görüş keçirilib. Görüşdə iki ölkənin turizm sahəsində əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib. Söhbət əsnasında birgə bələdçi kitablarının nəşri haqqında razılıq əldə olunub.
İyulun 10-da nazir Əbülfəs Qarayevin Xorvatiyanın mədəniyyət naziri Andrea Zlatar Violiç ilə görüşü olub. İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Azərbaycan nümayəndə heyəti iyulun 10-da 65-ci Dubrovnik yay festivalının rəsmi açılış mərasimində də iştirak edib. Səfər iyulun 11-də başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar