Dekabrın 8-də Qazax şəhərindəki “Azərbaycan” kinoteatrının yeni təmir olunmuş zalında “Yarımçıq xatirələr” bədii filmi nümayiş etdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən Belarus kinematoqrafçılarının iştirakı ilə çəkilmiş filmdə II Dünya müharibəsindən Qarabağ müharibəsinə tarixi-bədii keçid əksini tapıb.
Filmin ssenari müəllifləri Konstantin Vorobyov, Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamları Vadim Şafranski, Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, icraçı prodüseri Azər Quliyev, prodüseri isə Müşfiq Hətəmovdur. Rollarda Bəhruz Vaqifoğlu, Mixail Kaminski, Georgi Tsaava, Gülzar Qurbanova, Şamil Süleymanlı, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkevbiç və başqaları çəkiliblər.
Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər filmlə bağlı təəssüratlarını bölüşüblər. Əsas rolları canlandıran aktyorlardan Bəhruz Vaqifoğlu və Şamil Süleymanlının filmlə, çəkiliş prosesi ilə bağlı fikirləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar