Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə yerli rəssamların əsərlərindən ibarət “Payız düşüncələri” adlı sərgi keçirilir. Sərgidə dörd rəssamın 40-dan çox əsəri sərgilənir.
Dövran Əzizovun portretləri, tarix mövzusunda tabloları, Sabir Qarayevin Oğuzun təbiət gözəlliklərini əks etdirən əl işləri, Mübariz Atakişiyevin naturadan çəkdiyi rəsmlər, Cümşüd Həsrətovun qara qələmlə işlədiyi rəsmlər, xüsusilə də portretləri diqqəti cəlb edir. Sərgidə eyni zamanda Əlimirzə Alxasov və Cavidan Xuduyevin əl işləri də nümayiş olunur. Ə.Alxasov poçt işçisidir, taxta üzərində oyma ustası kimi tanınır. 20 yaşlı C.Xuduyev isə taxta və təbii materiallardan, muncuqlardan istifadə edərək müxtəlif əşyalar hazırlayır.

Arizə Xuduyeva,
Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar