Quba şəhərində XVIII-XIX əsrlərə aid olan “Günbəzli hamam” tarixi abidəsinin bərpasına başlanılıb. Təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində, ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Bununla əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta dekabrın 14-də Qubada olub. Abidə ilə tanış olan səfir həyata keçirilən layihənin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
Bildirilib ki, ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondu 2001-ci ildən etibarən dünyanın 100-dən çox ölkəsində müxtəlif qədim və tarixi binaların, nadir əlyazma və muzey kolleksiyalarının, məhv olmaq təhlükəsi ilə üzləşən arxeoloji ərazilərin, eləcə də müxtəlif mədəni irs nümunələrinin qorunmasına dəstək verib.
Xatırladaq ki, “Günbəzli hamam” Şərq memarlıq üslubunda tikilib. İki tağdan ibarətdir. Geniş salonu olan hamamın istilik sistemi odunla işləyib. 1985-ci ilədək əhalinin istifadəsində olub. Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını nümayiş etdirən tikili Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar