Beyləqan Xalq teatrının tamaşası

Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə rayon Xalq teatrı yazıçı-dramaturq Asif Cəfərlinin “Apar məni yurduma” əsərinin tamaşasını təqdim edib.
Qarabağ müharibəsi zamanı bir ailənin başına gələn faciədən bəhs edən əsərin ana xəttini yurdsevərlik, azərbaycançılıq, torpağa və dövlətə sədaqət təşkil edir. Rolları aktyorlardan Nazim Çıraq, Lalə Osmanqızı, Yeganə Məmmədova və N saylı hərbi hissənin əsgəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Elməddin Məmmədov canlandırıblar. Səhnə əsərinin rejissoru Müseyib İsmayılov, səs rejissoru Füzuli Məmmədovdur.
Tamaşaya N saylı hərbi hissənin zabit və əsgər heyəti ilə yanaşı, rayonun təhsil, səhiyyə və mədəniyyət ictimaiyyətinin nümayəndələri də baxıblar. Tamaşanın hərbi hissələrdə və ümumtəhsil məktəblərində nümayişi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar