Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında sərəncamına müvafiq olaraq Lənkəran uşaq rəssamlıq məktəbində sərgi açılıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkil etdiyi sərgidə məktəblilərin 20-yə yaxın rəsm əsəri nümayiş olunub.
Məktəbin direktoru Adil Əsədli bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın mənəvi sərvəti olduğundan onu gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının borcudur.
Rəsmlərdə oğuz türklərinin tarixi adət-ənənələri, “Kitabi-Dədə Qorqud” dastanında tərənnüm edilən qəhrəmanlıq, sədaqət, anaya məhəbbət, qadına hörmət, Vətən sevgisi də öz əksini tapıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar