Dekabrın 28-də "Kitabi-Dədə Qorqud" dastanının xaricə dilə ilk tərcüməsinin və nəşrinin 200 illik yubileyi ilə bağlı Goranboy rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Rayon Mədəniyyət mərkəzinin təşəbbüsü ilə gerçəkləşən tədbirdə rayon İcra Hakimiyyətinin rəsmiləri, idarə və müəssisələrin rəhbərləri, mədəniyyət işçiləri iştirak ediblər.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Hacıyev tədbiri açaraq bildirib ki, "Dədə Qorqud" dastanı tariximiz, mədəniyyətimiz haqqında zəngin bir xəzinə, söz abidəsidir. "Kitabi-Dədə Qorqud" irsinin daha geniş şəkildə tanıdılmasında, bu eposun dərindən öyrənilməsində ümummilli lider Heydər Əliyevin rolu böyük olub. Onun tapşırığı ilə 1975-ci ildə "Dədə Qorqud" bədii filmi çəkilib. 2000-ci ildə dastanın 1300 illik yubileyi UNESCO səviyyəsində qeyd olunub.
Prezident İlham Əliyevin dastanın xarici dilə ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə bağlı imzaladığı sərəncam da dövlətimizin mədəni irsimizə diqqət və qayğısının nümunəsidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar