Gəncədə şəhər ictimaiyyətinin iştirakı ilə Gəncə xanlığının (1747-1804) sonuncu hökmdarı Cavad xanın anım mərasimi keçirilib.
Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cavad xan türbəsinin önündə təşkil olunan mərasimdə çıxış edənlər Gəncə xanlığının tarixindən, XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının xarici hərbi təcavüzə yenilməsinin səbəblərindən söz açıblar.
Bildirilib ki, Cavad xan Vətənin azadlığı və istiqlaliyyəti uğrunda son anadək mərdliklə mübarizə aparıb, imperiya qoşununun əsgərləri ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Çar imperiya qoşununun çoxsaylı həmlələrindən sonra Gəncə şəhəri 1804-cü il yanvarın 4-də işğal edilib. Gəncənin yadellilərdən müdafiəsində Cavad xanın oğlu Hüseynqulu bəy, ailə üzvləri və 1500 nəfərədək gəncəli mətanətlə vuruşaraq şəhid olub.
Çıxışlarda diqqətə çatdırılıb ki, Cavad xan çar imperiyası qoşunlarına qarşı mərdliklə mübarizə apararaq, Azərbaycanın qəhrəmanlıq tarixinin şanlı səhifələrindən birini yazıb. Odur ki, düşmən əsarətinə qarşı əyilməzlik və mübarizlik rəmzi kimi Cavad xanın xatirəsi nəinki gəncəlilər, eləcə də bütün Azərbaycan xalqı tərəfindən böyük hörmət və ehtiramla anılır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Cavad xanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. 2004-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xanın məzarı üzərində tarixi üslubda türbə inşa olunub, Gəncənin ən qədim küçə və qəsəbələrindən birinə onun adı verilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar