Astara rayon Mədəniyyət mərkəzində Kakalos kənd Folklor evinin “Əvəsor” folklor kollektivinin rəhbəri Fərbiyə Şabanovanın 75 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov yubilyarın ömür yolundan danışıb.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin qocaman mədəniyyət işçisinə təbrik məktubu oxunub və fəxri fərman təqdim edilib.
Sonra Əməkdar mədəniyyət işçisi C.Əliyev, “Əvəsor” folklor kollektivinin üzvü N.Dadaşova, Çayoba kənd Folklor evinin direktoru E.Məlikov yubilyarın sənət yolundan, uğurlarından söz açıblar. Qeyd olunub ki, F.Şabanova 2011-ci ildə ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına, 2015-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülüb.
Rayon Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının sədri H.Ramazanov yubilyara pul mükafatı, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ş.Bayramov isə fəxri fərman və qiymətli hədiyyə təqdim ediblər.
Sonda Fərbiyə Şabanova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar